Yaddaş itkisindən qoruyan mineralın adı açıqlandı…-İSRAİL MEDİASI

18:09 11.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Alimlər yaddaş itkisindən qoruyan mineralı müəyyən ediblər.

Hafta.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, avstraliyalı elm adamları  selen(elmi dildə selenium) əlavələrinin qəbulunun yaşlı siçanların yaddaşına müsbət təsir göstərdiyini və onların idrak qabiliyyətlərinin inkişaf etməsinə səbəb olduğunu aşkar ediblər.

Kvinslend Universitetinin alimlərinin son araşdırması bir çox qidalarda olan selenin insanın yaddaşına müsbət təsi etdiyini göstərib. O, insultun təsirlərinə müqavimət göstərə və hətta öyrənmə qabiliyyətini bərpa edə bilər.

Təcrübə zamanı mütəxəssislər yaşlı siçanlara selen əlavələri verməyə başlayıblar. Bir müddət sonra onlar test subyektlərinin beyinlərində neyronların istehsalının əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər. Yaşlarına baxmayaraq siçanlar inkişaf etmiş idrak qabiliyyətlərini göstərməyə başlayıblar.

Zəruri arayış:

Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var.

Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur. Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır. Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir. Seleni olduqca güclü toplayan bitkilər çin limonniki, qara qarağat, evkalipt, şüyüt, cir havuc və s –dir. Bizim orqanizmimizdə elə bir orqan yoxdur ki, orada selen rast gəlməsin.Onun başlıca müsbət effekti şiş əleyhinə aktivlikdir.Selen hüceyrələrdə oksidləşdirici-reduksiyaedici detoksiyasiya reaksiyalarına cavabdeh ola p53 genin aktivləşdirir.Selen zülalların və nuklein turşularının mübadiləsində iştirak edir, fermentlərin və hormonların tərkibinə daxildir, immunitet, iltihab və regenerasiya proseslərində iştirak edir. Selene malik zülallar sümük və qığırdaq toxumalarını fotmaşlaşdırır, skelet ezələlərinin və yumşaq əzələlərin işini stabilləşdirir.Selen qalxanabənzər v əzin hormonu olan tiroksinin formalaşmasında iştirak edir, mədəaltı vəzin hüceyrələrinin böyüməsini stimulaşdırır.Heyvanın və insanın selena tələbatı bir kilo rasionda 50-100 mkq olur.

Son illər  AMEA-nın Biofizika İnstitutunun əməkdaşları - b.e.d. Tokay Hüseynov və b.ü.f.d. Ruhiyyə Quliyevanın iştirakıyla aparılan tədqiqatlar nəticəsində selenin “COVID-19” və digər virus xəstəliklərinə qarşı da effektiv olduğunu göstərib.