Yollar duman olacaq - Sürücülərin nəzərinə!

09:32 28.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar  magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.