Yüksək nəticə göstərən Əli: Arzum prokuror olmaqdır 

16:24 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abituriyent onu hazırlıq müddətində motivasiya edən əsas amillərdən də danışıb: “Gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək və uğurlar qazanmaq məni daim motivasiya edirdi”.

Gələcək planlarından söz açan Əli Məmmədzadə deyib:

“ADA Universiteti və ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almağı düşünürəm. Hələ son qərarımı verməmişəm. Bu sahəni seçməyimin əsas səbəbi isə prokuror olmaq kim ən böyük arzumu reallaşdırmaqdır”.

Yüksəl bal toplayan abituriyent qeyd edib ki, hazırlıq müddətində onun üçün ən çox diqqət və vaxt tələb edən fənn ədəbiyyat olub:

“Ədəbiyyat fənni digərləri ilə müqayisədə daha çox vaxt və diqqət tələb edirdi. Bu fənnin öhdəsindən gəlməkdə müəllimimin böyük dəstəyi oldu. Onun tövsiyələri və göstərişləri sayəsində uğur əldə etdim”.

Qeyd edək ki, Əli Məmmədzadə hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.