Yazını böyüt
Yazını kiçilt
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası təsdiq edilib.
Hafta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə həyata keçirilir.
Qərara əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçirilir. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən hər il təşkil edilir.