“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır

13:53 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ” -"ÇSKA Sofia” qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq. 

Hafta.az klubun məlumatına istinadən xəbər verir ki, saat 15:00-dan etibarən biletlərin satışı aktivləşəcək.

Qeyd edək ki, oyun 23 iyul Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.