Zakir Həsənov Türkiyəyə başsağlığı verib

21:00 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Hafta.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin “Twitter” hesabındakı paylaşımda qeyd edilib.

""Pençe-Yıldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır! Allah rəhmət eləsin!", - paylaşımda deyilir.

Siyasət rubrikasından digər xəbərlər