Zərdab sakinlərindən odlu silah götürülüb

13:01 08.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şahhüseynli kənd sakinləri Ş.Osmanov və K.Heydərovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Həmçinin rayonun Bıçaqçı kənd sakini P.Bəkirov və Gəlmə kənd sakini N.İsgəndərov isə ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.