Yazını böyüt
Yazını kiçilt
İyunun 17-dən Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov kücələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işlərin ilin sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub.
Tikinti mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.