"Sabah"ın rəqibi müəyyənləşdi

18:39 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Hafta.az-ın məlumatına görə, Bakı klubu Uels təmsilçisi TNS-lə qarşılaşacaq.

Püşkatma mərasimi İsveçrənin UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah" ilk matçı evdə keçirəcək.