Dördotaqlı ev yandı

10:10 14.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 7 m² sahədə mətbəx mebeli, 1 ədəd soyuducu və 1 ədəd televizor yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 7 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.