Zaqatalada qəza ölümlə nəticələndi

17:46 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində baş verib.

Belə ki, “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Əli Osmanov ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, qəzanın başvermə səbəbləri araşdırılır.