Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Baş Komanda-nəzarət mərkəzinə Xəzər dənizinin mərkəzi istiqamətində kiçik həcmli üzmə vasitəsinin günün qaranlıq vaxtında rejim qaydalarını pozması və qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat daxil olmuşdur.
DSX-dən hafta.az-a verilən məlumata görə, naməlum qayığın axtarışı və saxlanılması məqsədi ilə dövlət sərhədinin mühаfizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilmiş və texniki müşahidələr gücləndirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilmişdir.
Sərhəd gəmisi tərəfindən qayıq saxlanılmış, "QO-1505" bort nömrəli üzmə vasitəsini qeyri-qanuni idarə edən şəxslərin Neftçala rayon sakinləri, 1975-ci il təvəllüdlü Süleymanov Ağakişi İrəvan oğlu və 1978-ci il təvəllüdlü Manafov Firdovsi Səmədağa oğlu olmaları müəyyən edilmişdir.