"ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun işini bərpa etməyə hazır olduqlarını bəyan etməyiblər"

22:18 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya tərəfinə Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik", - deyə M.Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton və Paris "ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini" faktiki olaraq iflic ediblər.

Siyasət rubrikasından digər xəbərlər