"Aeroflot"un hesabları bloklandı 

10:04 18.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın Vergilər üzrə Milli Agentliyi (ANAF) Rusiyanın "Aeroflot" şirkətinin ölkədəki nümayəndəliyinin bank hesablarını bloklayıb.

 

Bu barədə dövlət administrasiyasının rəsmi aktlarını dərc edildiyi "Monitorul Oficial" jurnalında yerləşdirilmiş əmrdə qeyd olunub.

 

Bildirilib ki, "Aeroflot" şirkətinin idarə heyətində və dolayı yolla şirkətin nümayəndəliyinin vəsaitlərinə nəzarət edənlər arasında Aİ tərəfindən sanksiyalar tətbiq edilmiş şəxslər olduğundan müvafiq qərar qəbul edilib.