"Artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək"

08:55 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Asiya ölkələri və Azərbaycan hələ də uzun müddətdir qüvvədən düşmüş “Cekson–Vanik” düzəlişinin qalıqları ilə üzləşirlər.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Vaşinqtonda Trans-Xəzər Forumuda deyib. O bildirib ki, Nümayəndələr Palatası və Senat ikipartiyalı əsasda bu düzəlişin aradan qaldırılması istiqamətində birgə çalışır.

Senator, həmçinin Soyuq Müharibədən qalan bu mirasın ləğv edilməsinin vacibliyini vurğulayıb və Amerikanın real dəyişikliklərə nail olması üçün zəruri olan uzunmüddətli investisiyaları həyata keçirə bilməsinin önəmini qeyd edib:

“Bjezinskinin Qafqazda sülh yolu ilə Mərkəzi Asiyanı açmaq arzusu nəhayət gerçəkləşir. Mərkəzi Asiyanın ilk dəfə olaraq Rusiya və İrandan keçməyən, Qərbə dayanıqlı alternativ çıxış yolu formalaşacaq. Bu yeni əlaqələr Qərblə daha geniş iqtisadi tərəfdaşlığa, eləcə də Mərkəzi Asiya ilə Qafqaz arasında regional əməkdaşlığın güclənməsinə təkan verəcək”.

Onun sözlərinə görə, Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək, əhali üçün daha geniş iqtisadi inkişaf imkanları yaradacaq və ümumi təhlükəsizliyi gücləndirəcək.