"Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb

09:06 29.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb.

FHN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.