"Banklarımızın təhlükəsizliyi lazımi səviyyədə deyil" - Ekspert

14:20 30.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan mövzulardan biri hansısa xəstə üçün aparılan xeyriyyə kompaniyası çərçivəsində yığılmış pulların dələduzlar tərəfindən mənimsənilməsidir. Bu kimi halların artması təəsüf hissi doğuran məqamlardır. Elə yaxın günlərdə də anomal hadisə baş verib.  Ağır xəstəlikdən əziyyət çəkən bir uşağın adına açılmış hesab kartındakı pullar oğurlanıb.

Bəs maraqlıdır bu kimi hallarda banklar hansı qabaqlayıcı tədbirlər görür və oğurlanmış pulların necə hesabdan silinməsi haqqında banklarda məlumat qalırmı?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov hafta.az-a mövzu ilə bağlı şərh verən zaman dedi ki, hazırda informasiya texnologiyaları inkişaf etdikcə, təəssüf ki,  müəyyən qanunsuz əməllərin, dələduzların sayı da artır:

“Bu yalnız Azərbaycanda deyil, eləcə də dünyanın bir çox ölkəsində vardır. Bonkamatda kodu “Prt Scr”( screen chat) edə bilərlər. Banklarımızın təhlükəsizliyi lazımı səviyyədə deyil. Xüsusən də informasiya texnologiyaların tətbiq sahəsində peşəkarların olmamasıdır.  Hətta pensiya kartları da hər hansı banka yox, dövlətin inandığı banklara etibar edilib. Ola bilər ki, bankın özündə də bu dələduzluqla məşğul olan işçi olsun. Yəni cinayətkarlarla əlbir olsunlar. Hesab edirəm ki, bunun üçün dərin araşdırmalar aparılmalıdır. Bu məsələdə adi vətəndaş özünü qoruya bilməz. Burada məsuliyyət bankın üzərindədir”.