Maşınqayırma sahəsində yeni dövlət standartları qəbul edilib

15:15 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 42 yeni dövlət standartı qəbul edilib.

Hafta.az xəbər verir ki, bu barədə AZSTAND-ın məlumatında qeyd edilib.

Yeni dövlət standartları bunlardır:

1. AZS ISO 3795:2026 (ISO 3795:1989) “Yol nəqliyyat vasitələri, kənd təsərrüfatı və meşə təsərrüfatı üçün traktorlar və maşınlar - Daxili materialların yanma xüsusiyyətinin təyin edilməsi”;

2. AZS ISO 13849-1:2026 (ISO 13849-1:2023) “Maşınların təhlükəsizliyi — İdarəetmə sistemlərinin təhlükəsizliklə əlaqəli komponentləri - Hissə 1: Layihələndirmə üçün ümumi prinsiplər”;

3. AZS ISO 13849-2:2026 (ISO 13849-2:2012) “Мaşınların təhlükəsizliyi - İdarəetmə sistemlərinin təhlükəsizliklə əlaqəli komponentləri — 2-ci hissə: Validasiya”;

4. AZS ISO 13851:2026 (ISO 13851:2019) “Maşınların təhlükəsizliyi — İkiəlli idarəetmə cihazları — Layihələndirmə və seçim prinsipləri”;

5. AZS ISO 13855:2026 (ISO 13855:2024) “Maşınların təhlükəsizliyi - İnsan bədəninin yaxınlaşması nəzərə alınmaqla qoruyucu vasitələrin yerləşdirilməsi”;

6. AZS ISO 13856-1:2026 (ISO 13856-1:2013) “Мaşınların təhlükəsizliyi - Təzyiqə həssas mühafizə qurğuları — 1-ci hissə: Təzyiqə həssas mühafizə döşəklərinin və təzyiqə həssas mühafizə döşəmələrinin layihələndirilməsi və sınağı üçün ümumi prinsiplər”;

7. AZS ISO 14118:2026 (ISO 14118:2017) “Maşınların təhlükəsizliyi - Gözlənilməz işə salınmanın qarşısının alınması”;

8. AZS ISO 14122-3:2026 (ISO 14122-3:2016) “Maşınların təhlükəsizliyi – Maşınlara daimi giriş vasitələri - Hissə 3: Pilləkənlər, nərdivanlar və qoruyucu məhəccərlər”;

9. AZS ISO 14122-4:2026 (ISO 14122-4:2016) “Maşınların təhlükəsizliyi — Maşınlara daimi giriş vasitələri - Hissə 4: Stasionar pilləkənlər”;

10. AZS ISO 14123-2:2026 (ISO 14123-2:2015) “Maşınların Təhlükəsizliyi – Maşınlar tərəfindən buraxılan təhlükəli maddələr nəticəsində sağlamlıq üçün risklərin azaldılması - Hissə 2: Yoxlama prosedurlarına aparan metodologiya”;

11. AZS ISO 14253-1:2026 (ISO 14253-1:2017) “Həndəsi məhsul spesifikasiyaları — İş parçalarının və ölçmə avadanlığının ölçmə yolu ilə yoxlanılması — Hissə 1: Spesifikasiyalara uyğunluğun və ya uyğunsuzluğun təsdiqi üçün qərar qaydaları”;

12. AZS ISO 15534-3:2026 (ISO 15534-3:2000) "Maşınların təhlükəsizliyi üçün erqonomik layihələndirmə - Hissə 3: Antropometrik məlumatlar”;

13. AZS ISO 20643:2026 (ISO 20643:2005) “Mexaniki vibrasiya - Əllə tutulan və əl ilə idarə olunan maşınlar - Vibrasiya emissiyasının qiymətləndirilməsi prinsipləri”;

14. AZS ISO 21940-21:2026 (ISO 21940-21:2022) “Mexaniki vibrasiya – Rotoların balanslaşdırılması. 21-ci hissə: Balanslaşdırma maşınlarının təsviri və qiymətləndirilməsi”;

15. AZS ISO 14120:2026 (ISO 14120:2015) “Maşınların təhlükəsizliyi – Qoruyucu vasitələr— Stasionar və daşına bilən qoruyucu vasitələrin layihələndirilməsi və konstruksiyası üçün ümumi tələblər”;

16. AZS EN 1093-1:2026 (EN 1093-1:1998) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - Hissə 1: Test metodlarının seçilməsi”;

17. AZS EN 1093-2:2026 (EN 1093-2:2006+A1) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 2-ci hissə: Müəyyən bir çirkləndiricinin emissiya sürətinin ölçülməsi üçün izləyici qaz metodu”;

18. AZS EN 1093-3:2026 (EN 1093-3:2006+A1) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 3-cü hissə: Müəyyən bir çirkləndiricinin emissiya sürətinin ölçülməsi üçün sınaq stendi metodu”;

19. AZS EN 1093-4:2026 (EN 1093-4:1996+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 4-cü hissə: Sorma (egzoz) sisteminin tutma səmərəliliyinin qiymətləndirilməsi - İzləyici metod”;

20. AZS EN 1093-6:2026 (EN 1093-6:1998+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 6-cı hissə: Kütlə əsaslı ayırma səmərəliliyi - kanalsız çıxış”;

21. AZS EN 1093-7:2026 (EN 1093-7:1998+A1) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli - maddələrin emissiyasının qiymətləndirilməsi Hissə 7: Kütləyə görə ayrılma səmərəliliyi, kanal çıxışı”;

22. AZS EN 1093-8:2026 (EN 1093-8:1998+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 8-ci hissə: Çirkləndirici konsentrasiyası parametri, sınaq stendi metodu”;

23. AZS EN 1093-9:2026 (EN 1093-9:1998+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 9-cu hissə: Çirkləndirici maddələrin konsentrasiyası göstəricisi, otaq metodu”;

24. AZS EN 1093-11:2026 (EN 1093-11:2001+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 11-ci hissə: Zərərsizləşdirmə indeksi”;

25. AZS EN 1493:2026 (EN 1493:2022) “Nəqliyyat vasitəsi qaldırıcıları”;

26. AZS EN 1494:2026 (EN 1494:2002+A1) “Mobil və ya daşına bilən domkratlar və

əlaqəli qaldırma avadanlıqları”;

27. AZS EN 1837:2026 (EN 1837:2020) “Maşınların təhlükəsizliyi – Maşınların inteqrasiya

olunmuş işıqlandırılması”;

28. AZS EN 15997:2026 (EN 15997:2011) “Bütün relyefli nəqliyyat vasitələri (ATV-lər - kvadrosikllər) — Təhlükəsizlik tələbləri və sınaq üsulları”;

29. AZS EN 614-2:2026 (EN 614-2:2000+A1) “Maşınların təhlükəsizliyi – Erqonomik dizayn prinsipləri – Hissə 2: Maşınların dizaynı ilə iş tapşırıqları arasındakı qarşılıqlı əlaqələr”;

30. AZS EN 981:2026 (EN 981:1996+A1) “Maşınların təhlükəsizliyi - Eşitmə və görmə əsaslı təhlükə və məlumat siqnalları sistemi”;

31. AZS ГОСТ 21253:2026 (ГОСТ 21253-75) “Maye qida məhsulları üçün avtomatik doldurma və dozalama-doldurma avadanlıqları — Texniki tələblər”;

32. AZS ГОСТ 23941:2026 (ГОСТ 23941-2002) “Nəqliyyat vasitələrinin səs-küyü. Səs-küy xarakteristikalarının müəyyən edilməsi metodları. Ümumi tələblər”;

33. AZS ГОСТ 31489:2026 (ГОСТ 31489-2012) “Qaraj avadanlığı. Təhlükəsizlik tələbləri və nəzarət üsulları”;

34. AZS ГОСТ 34065:2026 (ГОСТ 34065-2017) “Qar və bataqlıq nəqliyyat vasitələri. Texniki tələblər və sınaq üsulları”;

35. AZS ГОСТ 34066:2026 (ГОСТ 34066-2017) “Qar nəqliyyat vasitələri. Texniki tələblər və sınaq üsulları”;

36. AZS ГОСТ 34095:2026 (ГОСТ 34095-2017) “Avtomobil tipli idarəetmə sistemləri ilə təchiz olunmuş kiçik qabaritli təkərli qar və bataqlıq keçidli nəqliyyat vasitələri. Təhlükəsizlik tələbləri və sınaq üsulları”;

37. AZS ГОСТ 12.1.002:2026 (ГОСТ 12.1.002-84) “Әməyin təhlükəsizliyi standartları sistemi. Sənaye tezlikli elektrik sahələri. İş yerlərində elektrik sahəsi gərginliyinin icazə verilən səviyyələri və nəzarətin həyata keçirilməsinə dair tələblər”;

38. AZS ГОСТ 12.1.003:2026 (ГОСТ 12.1.003-2014) “Əməyin təhlükəsizliyi standartları sistemi səs-küy. Ümumi təhlükəsizlik tələbləri”;

39. AZS ГОСТ Р 51838:2026 (ГОСТ Р 51838-2012) “Maşınların təhlükəsizliyi. İstehsalat maşınlarının elektrik avadanlığı. Sınaq üsulları”;

40. AZS ГОСТ Р 55710:2026 (ГОСТ Р 55710-2013) “Binaların daxilində iş yerlərinin işıqlandırılması. Normalar və ölçmə üsulları”;

41. AZS IEC 60204-1:2026 (IEC 60204-1:2016+AMD1) “Maşınların təhlükəsizliyi – Hissə 1: Ümumi tələblər”;

42. AZS IEC 60529:2026 (IEC 60529:1989+A1) “Qoruyucu örtüklər (korpuslar) tərəfindən təmin edilən mühafizə dərəcələri (IP kodu)”.

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd maşınların, texniki qurğuların və istehsalat avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsi, istehsalat risklərinin azaldılması, işçilərin sağlamlığının və əməyin mühafizəsinin gücləndirilməsi, eləcə də beynəlxalq təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsindən ibarətdir. Həmin dövlət standartlarının layihələri AZSTAND tərəfindən təsis edilən “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 56) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, sözügedən dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbulu nəzərdə tutulan “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir.