Mərakeşin xarici işlər naziri Nasser Burita paytaxt Rabatda verdiyi açıqlamada, ölkəsinin milli maraqlarının Afrikanın ümumi maraqlarından uzaq olmadığını söyləyib. O qeyd edib ki, Afrikanın da maraqları heç vaxt Atlantik okeanının ümumi maraqları ilə ziddiyyət təşkil etmir və bu maraqlar “Cənub yarımkürəsinin real baxışını təcəssüm etdirməyə imkan verən əsaslardır”.
Hafta.az-ın yazdığına görə, Atlantik Afrika Dövlətləri Prosesinin (AASP) üçüncü nazirlər toplantısının açılışında Burita, Mərakeşin Atlantik Okeanını “identifikasiya, fürsət və düşüncə və uzaqgörənlik üçün bir məkan” etdiyini ifadə edərək, “Atlantik Okeanı həmişə kim olduğumuzla sıx bağlı idi. O həm də paylaşdığımız şeyləri və aid olduğumuz məkanı strukturlaşdırır” deyib və bu kontekstdə Atlantik okeanının Mərakeş üçün nə qədər əhəmiyyətli olduğuna diqqət çəkib.
Burita, ümumi problemlərin həlli istiqamətində bu bölgəyə mavi iqtisadiyyat, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün bir çox imkanlardan istifadə etməyə imkan verən effektiv mexanizm yaratmaq üçün dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bununla əlaqədar Burita, "Biz Afrikanı böyük nailiyyətlər arenasına çevirmək istəyirik" deyib. Rabat görüşündə qəbul üçün fəaliyyət proqramının təqdim olunacağına işarə edən Burita, "Bu fəaliyyət proqramı, Afrika-Atlantik bölgəsində sabitlik və ümumi rifaha nail olmağa yönəlmiş çevik və həmrəylik tərəfdaşlığı qurmaq üçün ümumi istəyimizi gücləndirir" deyib.
Burita izah edib ki, bu proqram öz məqsədləri vasitəsilə tərəfdaşlığın üç sütununu əks etdirməli, onları siyasi və təhlükəsizlik dialoqu kimi ümumiləşdirməlidir. Bura mavi iqtisadiyyat, dəniz əlaqəsi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi və dəniz mühitinin qorunması daxildir.
MAP-ın xəbərinə görə, Burita, iclasın işinin “Rabat 2” Bəyannaməsi ilə taclanacağını və bu bəyannamənin məqsədinin ortaq gözləntilərə nail olmaq olduğunu söyləyib. Atlantik Okeanı ilə həmsərhəd ölkələrin 2017-ci ildə müəyyənləşdirilmiş ortaq baxışın həyata keçirilməsi üçün üç məsələ üzrə qrupların iş planlarını formalaşdırmağa başlamaq məqsədilə Daimi Katibliyin yaradılmasına dəvət edilməsini söyləyib. “Həm Afrikaya, həm də Atlantik Okeanına aid olmaq o demək deyil ki, biz ikisi arasında seçim etməliyik və ya kəsişən problemlərlə üzləşməliyik. Əksinə, bu ikili coğrafi və geosiyasi qarşılıqlı asılılıq bizə sərvətə sahib olmağa və qitələr arasında körpü rolunu oynamağa kömək edir”. Nazir qeyd edib ki, bu tərəfdaşlıq Atlantik okeanı və digər regionlardakı təşəbbüslər və tərəfdaşlar üçün də açılmalıdır.