Əfsanəvi ABBA qrupunun “beşinci üzvü” hesab olunan məşhur meneceri Görel Hanser 76 yaşında vəfat edib.
Hafta.az “Metro”ya istinadla xəbər verir ki, 76 yaşlı Hanserin rəsmi ölüm səbəbi açıqlanmayıb.
Məlumata görə, ABBA qrupunun üzvləri Aqnetf Feltskoq, Byörn Ulveus, Benni Andersson və Frida Lyunqstad sosial şəbəkələrdə ortaq bəyanat yayıblar:
“Biz ən sevimli dostumuzu və ən yaxın həmkarımızı itirdik. Bu itkinin miqyası ölçüyəgəlməzdir. Bu kədərli vaxtda şəxsi həyatımıza hörmətlə yanaşmağınızı xahiş edirik”.
Xatırladaq ki, ABBA qrupu 1972-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində yaradılıb. Qrup dünya şöhrətini 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsində ifa etdikləri məşhur “Waterloo” hiti ilə qalib gəldikdən sonra qazanıb. Qrup faktiki olaraq 1982-ci ildə fəaliyyətini dayandırıb.