Yazını böyüt
Yazını kiçilt
"Mariupol müasir BMT-nin fəaliyyətsizliyinin və zəifliyinin simvoludur. Onun rəhbərliyinin Mariupola girə, orada ola, "Azovstal" müdafiəçilərini və mülki vətəndaşları öz çətiri altına yığa bilməməsi xoşagəl hal deyil".
Hafta.az-ın yazdığına görə, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin deyib. Onun sözlərinə görə, hazırda ən yaxşı variant bu olardı ki, BMT özü də gözləmədən Ukraynada yaşanan faciələri aqressiv və ictimai şəkildə təbliğ etsin. Hansı ki, bu qurum müharibə məsələsində görünmür.
"BMT-nin baş katibi Mariupola girmək istəsə, onu kim dayandıracaq? Rusiya BMT-də demək olar ki, normal iş rejiminə davam edir, baş katib iki aylıq müharibədən sonra Ukrayna və Rusiya Federasiyasının rəhbərliyi ilə görüşməyi xahiş edir. Mən deyirəm ki, BMT özü özünün hökmünü verib, onu dağılan Millətlər Liqasının aqibəti gözləyir", -P.Klimkin deyib.