"Ermənistan İranın hərbi yardımına ümid edə bilər" - Tehranın "Zəngəzur" qorxusu

18:08 01.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycan və Zəngəzur dəhlizinə qarşı Ermənistanla yaxınlaşma siyasəti səngimək bilmir. İndi də, Soçi görüşündən dərhal sonra Paşinyan İrana səfər edib. Bu səfərin Zəngəzur dəhlizinə qarşı olduğunu iranlı siyasilər də açıq şəkildə dilə gətirir.

Tehranla İrəvan arasında əlaqələrin genişləndirilməsi və möhkəmlənməsi Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını təmin edəcək və Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq. Bunu ILNA-ya müsahibəsində Qafqaz üzrə iranlı ekspert Ehsan Movahidyan deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin yaradılmasında məqsəd Çin, Rusiya və İranla o qədər də yaxşı münasibətləri olmayan ölkələrə malların və enerji resurslarının tranzitində inhisarın təmin edilməsidir:

"NATO-nun Xəzər regionuna çıxış əldə etmək cəhdi həm İran, Çin və Rusiyanı blokadaya almaq, həm də bu ölkələrdə separatçı cərəyanları gücləndirmək məqsədi daşıyır. "İranın bu sui-qəsdi zərərsizləşdirmək üçün müxtəlif həll yolları var ki, bunlardan biri də Ermənistanla iqtisadi, siyasi, təhlükəsizlik və kəşfiyyat əlaqələrini genişləndirmək və gücləndirməkdir", - o qeyd edib və əlavə edib ki, münasibətlərin genişlənməsi və möhkəmlənməsi, Ermənistanın ərazi bütövlüyünün qorunmasına və Zəngəzur dəhlizinin yaradılmasının qarşısının alınmasına gətirib çıxaracaq.

“Ermənistan tərəfinə xatırlatmalıyıq ki, İran Ermənistanla maraqlarının maksimum davamlılığına malik yeganə ölkədir. Ermənistan öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün İranın iqtisadi, siyasi, informasiya və hərbi yardımına, eləcə də təhlükəsizlik sahəsində yardımına ümid edə bilər”, - deyə o, bildirib.

Siyasət rubrikasından digər xəbərlər