Mərakeşin İslam Ədalət və İnkişaf Partiyasının (PJD) baş katibi və keçmiş baş nazir Əbdülilah İbn Kiran Fələstin probleminin fələstinlilər və israillilərin daxil olduğu vahid dövlətin yaradılması yolu ilə həllinə çağırıb. Kiran ABŞ prezidenti Co Baydə xitabən çıxışında “Bayden israillilərə real xidmət göstərmək istəyirsə, onları müharibəni dayandırmağa və seçki keçirməyə məcbur etməlidir. “Netanyahu və onun qrupu yıxılacaq, sonra isə nisbətən ağlabatan olanlar seçiləcək”, - o deyib.
Hafta.az-ın yazdığına görə, dünən axşam Nümayəndələr Palatasında partiyasının məclis qrupu ilə görüş keçirən Kiran, “Bütün Fələstinin azad edilməsinə inansaq da, həqiqət budur ki, Fələstin üçün edilə biləcək ən yaxşı şey Cənubi Afrikada olduğu kimi yəhudi, müsəlman və xristianlarla tək bir dövlət qurmaqdır" deyib.
İslamçılara qarşı qeyri-adi münasibət sərgiləyən Kiran, “Yəhudilər Fələstini tərk etsin deyənlərdən deyiləm... Qalmaq istəyənlər qalsın, getmək istəyənlər getsin, çünki onların çoxu başqa millətdəndir" deyə əlavə edib.
İsrail Dövlətinin dini irqçilik üzərində qurulduğu üçün tək dövlət həllinin problemi çözəcəyini bildirən Kiran, "Dünya bunu qəbul edir və alqışlayır, bu anlaşılmazdır" deyib və qərblilərin İsrailə rəğbətindən təəccübləndiyini də vurğulayıb.
İbn Kiran ərəb və müsəlman hökumət rəhbərlərinə qarşı hücumları dayandırmağa, bunu “sui-qəsd” kimi qiymətləndirərək “liderləri və xalqı bir-birinə yaxınlaşdırmağa” çağırıb. Kiran açıqlamasında Həmas-ın oktyabrın 7-də başlatdığı "Əqsa tufanı"nı tərifləyib və bunu Həmas-ın “mücahidləri” ilə digər müqavimət hərəkatları arasında “cəsur və qəhrəmancasına əməliyyat” kimi qiymətləndirib. Kiran, "Əqsa tufanı"nın 75 il əvvəl torpaqları terror qruplarının hücumuna məruz qalan, kişiləri, qadınları və uşaqları öldürülən, didərgin salınan, Livan, İordaniya və Suriyada düşərgələr salınan müsəlman və xristian inanclı ərəb xalqının inamını geri qaytardığını bildirib.
Kiran “İsrail əsl çirkin üzünü göstərdi. Aralarında kişi, qadın və uşaq olmaqla yüzlərlə insanın yaşadığı binalar Qərbin dəstəyi ilə dağıdıldı. Onlar Putinə qarşı dura bilmədilər, lakin İsraili dəstəklədilər" deyib.