İran XİN bəyan etdi: Yalnız yekun razılaşma çərçivəsində!

15:32 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin hücuma məruz qalmış nüvə obyektlərinə və nüvə materiallarına girişi məsələsinin yalnız ABŞ-la yekun razılaşma çərçivəsində nəzərdən keçiriləcək.

Hafta.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “X”-də yazıb.

Onun sözlərinə görə, hazırda bu obyektlərə və nüvə materiallarına girişin təmin edilməsi ilə bağlı heç bir plan mövcud deyil:

“Bu məsələlər yalnız yekun razılaşma çərçivəsində və qarşı tərəf bütün sanksiyaların tam ləğvi, eləcə də digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində praktik addımlar atdıqdan sonra nəzərdən keçiriləcək və həll olunacaq”.

Qəribabadi qeyd edib ki, AEBA-nın Baş direktoru Rafael Qrossinin müraciətinə baxmayaraq, İsveçrədə onunla heç bir görüş keçirilməyib.