Hörmüz boğazı İranın blokada rejimini pozmayan bütün ticarət gəmiləri üçün açıqdır və Tehran boğaza nəzarət etmir.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı məlumat yayıb.
Bəyanatda bildirilir: “Hörmüz boğazı tranzit keçid üçün açıqdır. Boğazdan keçən kommersiya gəmilərinin təhlükəsiz hərəkəti üçün marşrutlar müəyyənləşdirilib. Bu marşrutlardan İranın blokada rejimini pozmayan bütün gəmilər istifadə edə bilər. İran Hörmüz boğazına nəzarət etmir”.
Mərkəzi Komandanlığın məlumatına görə, son iki ay ərzində yüzlərlə ticarət gəmisi İranın blokada rejimini pozmadan boğazdan keçib.
Eyni zamanda, Komandanlıq bəyan edib ki, ABŞ Silahlı Qüvvələri İran tərəfindən mümkün təcavüzə qarşı müdafiəni təmin etmək məqsədilə tam döyüş hazırlığı vəziyyətindədir.