Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

20:51 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvanın “Sokolniki” parkında Rusiya Gününə həsr olunmuş “Biz Rusiyanın övladlarıyıq” adlı ailə festivalı keçirilib.

Hafta.az xəbər verir ki, tədbirin təşkilatçısı kimi Moskvadakı Azərbaycan icmasının nümayəndəsi Aybəniz Qəhrəmanova tərəfindən təsis edilmiş “Biz sənə inanırıq” muxtar qeyri-kommersiya təşkilatı çıxış edib.

Festival müxtəlif millətlərdən olan yüzlərlə ailəni, uşağı və böyükləri bir araya gətirib, dostluq, Vətənə sevgi və uşaqlıq sevinci şüarı altında keçirilib.

Azərbaycanlı gənclər festivala xüsusi canlı not qatıblar. “Ms.Team” teatr təşkilatının təsisçisi Mədinə Mahmudova “Mən azərbaycanlıyam” vətənpərvərlik mahnısını ifa edib. Çıxış “Kaspi” Qafqaz Xalq Rəqs Ansamblının sənətçiləri Aysu Quliyeva və Əli İsrafilovun Azərbaycan rəqsləri ilə müşayiət olunub.

Festival çərçivəsində, həmçinin pryaniklərə Azərbaycan milli naxışlarının vurulması üzrə ustad dərsi də təşkil olunub. Uşaqlar və böyüklər ənənəvi Azərbaycan ornamentləri ilə tanış olublar, interaktiv sahənin yanında isə milli geyimlər sərgisi nümayiş etdirilib.

Mədəniyyət rubrikasından digər xəbərlər