Baş Gömrük İdarəsində əməliyyat

23:42 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Hafta.az “Unikal”a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.

Onlardan ikisi Aysel və Xalidə adlı xanım əməkdaşlardır. 

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.