Koronavirus (COVID-19) epidemiyasınan gücü Çində azalmağa başladığı halda, dünyanın fərqli yerlərində sürətlə yayılmaqdadır. Son həftə ərzində Cənubi Koreya, İtaliya və İranda gündəlik yoluxma sayında aşırı artımın nəzərə çarpması narahatlığı artırmaqdadır.
Məsələyə münasibət bildirən Çinin Türkiyədəki səfiri Deng Li bildirib ki, vaksinin yaradılması prosesi uğurla davam etdirilməkdədir. "Təəssüf ki, indiyədək hər hansı vaksinin yaradıldığını deyə bilməyəcəyəm. Amma bu müstəvidə bir dərman hazırlanıb. Bildiyimə görə, bu vaksin hazırda heyvanlar üzərində test edilir. Yaxın vaxtlarda insanlar arasında da klinik təcrübəyə start veriləcək. Eyni zamanda, sağalaraq evə buraxılan insanlardan qan nümunələri götürülür. Bu nümunələrin bəzi xəstələri virusa qarşı dirənişini artırdığı isbatlanıb" deyən səfir əlavə edib ki, bütün bunlar virusla mübarizədə ölkəsinə uğurlar qazandırmaqdadır.
Səfir Li deyib ki, virusun yayılmasının qarşısını almaq və yoluxanların sağalması üçün Çin dövlətinin bütün imkanları səfərbər edilib. "Əlimizdən gələn hər şeyi etmişik. Uxanda ən ciddi şəkildə nəzarət və tibbi yoxlama qaydaları tətbiq edirik, şübhə doğuran hər kəsi və eyni zamanda yaxın təmasda olduqları insanları karantində saxlayırıq. Biz bütün bu prosesi yeni xəstəxanalar tikərək, qarşısını ala bildik" deyən diplomat onu da qeyd edib ki, bütün bu işlərdə müasir texnologiya onlara ciddi kömək edib. "2003-cü ildə yayılmış SARS xəstəliyi ilə müqayisə etsək, texnologiyanın yaratdığı fərqləri aydın görərik. Vaksinin tapılması işləri, müalicədə dərmanların daha sürətlə seçilməsi buna sübutdur. Karantin prosesində məktəblər bağlı qaldı, ancaq məktəblilər internet üzərindən dərslərinə davam etdilər. Robotlar karantindəki insanlara yemək paaylayır və sair. Virusun hər hansı qatı maddə vasitəsilə yayılmasına dair dəlil tapılmayıb. Ümumdünya Səhiyyə Təşkilatı bu səbəbdən Çinə ticarət məhdudiyyəti qoyulmasına qarşı çıxdı" deyən səfir əlavə edib ki, hazırda Çinin fərqli sənaye sahələrində istehsal yenidən başlayıb və insanlar tədriqən əvvəlki həyat axarlarına dönürlər.