38 yaşlı qadın dənizdə boğulub

23:36 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə meyit müşahidə olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Hafta.az bu barədə FHN-ə istinadən bildirir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Dalğıclar tərəfindən vətəndaş - 1988-ci il təvəllüdlü Cödel Zeynəb Muxtar qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.