Yazını böyüt
Yazını kiçilt
Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən Lapua Avropa Kubokunda qızıl medal qazanıb.
Atıcılıq Federasiyasından hafta.az-a verilən məlumata görə, idmançı 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini qabaqlayıb.
Təsnifat mərhələsində 583 xal toplayan Lunyov birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.