"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

09:44 25.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova qarşı sui-qəsd niyyətini reallaşdıra bilməyib məscidin xidmətçisini bıçaqlamaqda ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşıb.

Hafta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Rasim Sadıqovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, 41 yaşlı müttəhimə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla E.Hüseynova sanksiya həddində cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Hökmə əsasən, Elşən Hüseynov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın əvvəli tutulduğu gündən hesablanır.