Yaşlı qadın evində ölü tapıldı

16:32 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb.

Hafta.az xəbər verir ki, hadisə iyulun 23-ü saat 19 radələrində Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, 1937-ci il təvəllüdlü Z.Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Ə.Quliyev küçəsindəki mənzildə aşkarlanıb.

Onun evdə tək yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.