İspaniya millisi 15 milyon dollar vergi ödəyəcək

22:43 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya milli futbol komandası dünya çempionatında qazandığı mükafatın təxminən 30 faizini ABŞ-də vergi kimi ödəyəcək.

Hafta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə iştirakçı komandalar üçün vergi güzəştləri barədə razılıq əldə edir. Lakin ABŞ hakimiyyəti İspaniya yığmasının futbolçularını vahid komanda kimi deyil, ölkə ərazisində gəlir əldə edən ayrı-ayrı vergiödəyiciləri kimi qiymətləndirib. Nəticədə komandanın ödəyəcəyi verginin ümumi məbləğinin təxminən 15 milyon dollar olacağı bildirilir.