"Müharibə lobbiləri sülh səylərimizi əngəllədi" – Rəcəb Tayyib Ərdoğan

09:05 31.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2024” təlimindəki çıxışında ölkəsinin Ukraynadakı sülh səylərinin pozulduğunubildirib.

Hafta.az-ın yazdığına görə, o, "Hazırda dünyada qarşıdurmaların, siyasi böhranların və toqquşmaların ən şiddətli olduğu coğrafiyadayıq. Bəşəriyyətin gündəmini zəbt edən bütün hadisələr Türkiyənin bilavasitə yaxınlığında cərəyan edir. Rusiya ilə Ukrayna arasında müharibə artıq 3-cü ilinə qədəm qoydu. Təəssüf ki, İstanbul prosesi ilə ədalətli sülhün bərqərar edilməsinə yönəlmiş səylərimiz müharibə lobbiləri tərəfindən əngəlləndi" deyib.

Siyasət rubrikasından digər xəbərlər