İran 60 gün ərzində Hörmüz boğazında tranzit rüsumları tətbiq etməyəcək

17:41 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumları tətbiq etməyəcək.

Hafta.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, 60 günlük müddət ərzində Hörmüz boğazında heç bir tranzit rüsumu tutulmayacaq: "Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətə qaytarılmalıdır. Çin də Hörmüz boğazından hər iki istiqamətdə gəmilərin heç bir rüsum tətbiq edilmədən sərbəst keçidini dəstəkləyir".