"Putinin növbəti hədəfi mən ola bilərəm" - Harri Kasparov

10:00 06.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şahmat əfsanəsi Harri Kasparov bildirib ki, Rusiya prezidenti Vladimir Putin onu hədəfə ala bilər.

Hafta.az-ın “El Pais”ə istinadən yazdığına görə, müsahibədə rusiyalı müxalif siyasətçi Boris Nemtsovun 2015-ci ildə silahlı hücum nəticəsində öldürüldüyü, Kreml tənqidçisi Aleksey Navalninin isə fevralda həbsxanada “şübhəli şəraitdə” öldüyü xatırladılıb və Kasparova “Növbəti şəxs siz ola bilərsinizmi?” sualı verilib.

Mart ayında Moskvanın "terrorçular və radikallar" siyahısına daxil edildiyinə işarə edən Kasparov deyib: "Bəlkə hə, bəlkə də yox, kim bilir? Məni dövlətin düşməni kimi görürlər. Siyahı da bunun baş verə biləcəyinin başqa bir əlamətidir. Mən bu barədə düşünmək istəmirəm, çünki bu, mənim inancımı dəyişdirmir. Dostlarımın və ya birlikdə mübarizə apardığım insanların çoxu ölüb və ya həbsdədir. Nemtsov və Navalni ən məşhurlarıdır, lakin siyahı çox uzundur”.

1985-2000-ci illər arasında 15 il dünya çempionu titulunu qoruyan Kasparov şahmat üzrə ixtisaslaşmış ispan jurnalist Leontxo Qarsíanın "Öldürülmək qorxusu ilə necə yaşayırsınız?" sualına, “Mən bu haqda düşünüb, təşviş keçirmirəm” deyə cavab verib.

Kasparov bildirib ki, o, əvvəlkindən qat-qat az səyahət edir və müəyyən ölkələrə səfər edərkən ciddi təhlükəsizlik tədbirləri görür.

Şahmat ustası “Türkiyədə çoxlu rus agenti olduğunu” deyib və sözlərini belə davam etdirib: “Ciddi təhlükə altında olacağımı bildiyim ölkələrə getmirəm və başqa yerlərdə də özümü çox qoruyuram. Məsələn, mən Vyanaya, Londona, Dubaya, Macarıstana, Türkiyəyə çox ciddi təhlükəsizlik tədbirləri görmədən getməzdim, çünki orada çoxlu rus agentlər var”.

2005-ci ildə şahmat dünyası ilə vidalaşan böyük oyunçu 10 ildən artıqdır ki, siyasi fəal kimi ABŞ-da mühacirətdə yaşayır.

Ukrayna müharibəsinə görə Putini sərt tənqid edən Kasparov, Kiyev administrasiyası müharibədə qalib gələ bilməsə, Rusiyanın Moldova və ya Baltikyanı ölkələrə qarşı hərbi əməliyyatlara başlaya biləcəyini deyib.

61 yaşlı duyen şahmatçı Putin haqqında “O, bütün qırmızı xətləri keçməyə hazırdır” deyərək, Rusiyanın dünyanın sonuncu imperiyası olduğunu da iddia edib.

Siyasət rubrikasından digər xəbərlər