Yazını böyüt
Yazını kiçilt
“Qarabağ” gələn həftə UEFA Çempionlar Liqasının yeni mövsümündə mübarizəyə başlayır.
Hafta.az xəbər verir ki, İrlandiyada “Şelbrun”un qonağı olacaq Azərbaycan çempionu səfərə iki gün əvvəl gedəcək.
İyulun 21-də saat 15:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti axşam saatlarında Dublinə çatacaq. Təmsilçimiz paytaxtın “Clayton Ballsbridge” hotelində məskunlaşacaq.
Oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 21:45-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Bundan 15 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.
İyulun 23-də “Tolka Park” stadionunda keçiriləcək “Şelbrun” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.