Yazını böyüt
Yazını kiçilt
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunun play-in mərhələsində Litva ilə qarşılaşıb.
Hafta.az xəbər verir ki, yığmamız əlavə vaxta gedən oyunda rəqibinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti mərhələdə Almaniya yığması ilə üz-üzə gələcək. İyunun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.