Yazını böyüt
Yazını kiçilt
Türkiyənin tanınmış futbol klublarından biri olan "Beşiktaş"ın yeni baş məşqçi məlum olub.
Hafta.az xəbər verir ki, klubun yaydığı məlumata görə, komandanın sükanı italiyalı mütəxəssis Vincenzo Italianoya həvalə olunub. Tərəflər arasında əldə olunan razılıq əsasında yeni əməkdaşlığa start verilib.
İstanbul təmsilçisi yeni mövsüm öncəsi komandanın daha uğurlu nəticələr qazanması üçün Vinçentso İtalyanoya etimad göstərib. Klub rəhbərliyi onun təcrübəsinin komandaya fayda verəcəyinə inanır.