ADY sərnişin daşınmasını 16% artırıb

18:36 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ADY bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb.

Hafta.az xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.

Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6% çox olub.