Rusiyanın Xarici İşlər Nazirliyi Ukrayna böhranı ilə bağlı Bakı və İrəvanın mövqeyini dəyərləndirib.
Hafta.az-ın "RIA Novosti"yə istinadla verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar bildirib ki, Moskva Bakı və İrəvanın Ukrayna ilə bağlı balanslaşdırılmış mövqeyini qeydə alır, hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə tərəfdaşlar milli maraqlara əsaslanan siyasət qururlar:
"Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın balanslaşdırılmış mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeydə alırıq. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin üzləşdiyi xarici qüvvələrin təzyiqini yaxşı bilirik. Həm Bakıda, həm də İrəvanda xarici siyasət qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmanı yüksək qiymətləndiririk”.