"Qış parkı"nın yaxınlığındakı yanğın söndürülüb

16:36 27.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.