Yazını böyüt
Yazını kiçilt
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Hafta.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub. Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın 5-ci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.