"Sinovac Biotech"in vaksinlərinin ilk partiyası Malayziyaya çatdırılıb

20:48 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə "CoronaVac" peyvəndin ilk partiyası Malayziyaya çatdırılıb.

200 litr həcmindəki məhlul təxminən 300 min doza peyvənd deməkdir. Malayziyanın qabaqcıl əczaçılıq şirkətlərindən olan "Pharmaniaga" vaksinlərin təchizatı üçün yanvar ayında "Sinovac Biotech" şirkəti ilə müqavilə imzalayıb. "Pharmaniaga" vaksin məhlulunun qablaşdırmasını həyata keçirəcək.

Qeyd edək ki, Braziliya, Türkiyə, İndoneziya, Malayziya və bir neçə başqa ölkə COVID-19 əleyhinə vaksinasiya proqramında məhz “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndi tətbiq olunur. Yanvarın 18-dən Azərbaycanda başlayan vaksinasiya prosesində də “CoronaVac” peyvəndindən istifadə edilir. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi marketinqinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.azertac