I Açıq Qarabağ turnirində 150-yə yaxın idmançı mübarizə aparıb

22:10 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam Olimpiya İdman Kompleksində “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib.

Hafta.az xəbər verir ki, Qarabağ Regional Gənclər və İdman İdarəsi, Milli İdman Növləri Assosiasiyası, Ağdam Olimpiya İdman Kompleksinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda 8 rayonu təmsil edən 14 komandada üzrə 150-yə yaxın idmançı iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.