"Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir" - Prezident

14:54 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq".

Hafta.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.

Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər: "Əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək verib. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır".

Oxunma sayı 393