"Vaqner"çilər qeyri-leqal qatillərdir …”- eksvaqnerçi

19:24 17.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Vladimir Putinin əmri ilə Ukraynadakı müharibədə ölən və  qalıqlarını tanımaq mümkün olmayan rusiyalıların onlarla boş tabutları çöllərdə basdırılır və onların yaxınlarına bu barədə məlumat verilmir.

"Bizə yer verdikləri yerdə basdırırıq... Putinin əmri belədir. Putindən sonra təmizləyirik... "Vaqner"çilər qeyri-leqal qatillərdir. Muzdlulardır... Biz məxluquq, biz heyvanıq…"

Hafta.az xəbər verir ki, bu sözləri  Rusiyada  "Qulaqu.net" hüquq müdafiə təşkilatının təsisçisi ilə söhbətində  eks-"vaqner"çi və keçmiş məhkum Azamat Uldarov söyləyib.

"Sadəcə, boş tabutları basdırırdıq... Bunu etməliydik. Onlar ölürdülər… Biz cəsədləri müəyyən edə bilmidik, kimin qalıqlarının harda olduğunu bilmirdik... Mən artıq əsirəm... Belə yaşamaq olmaz!  Həmin oğlanlarla bir yerdə ölsəydim, daha yaxşı olardı!"- deyə keçmiş “vaqner”çi həyəcanla bildirir

Uldarov onların niyə dava etdiklərini anlamadığını deyib:

"Biz bir-birimizi öldürürük, amma nəyə görə - başa düşmürəm. Mən, sadəcə, başa düşə bilmirəm ... Düzünü desəm, ağlamaq istəyirəm. Amma etməyəcəyəm, onsuz da yorulmuşam, artıq ikinci gündür ki, ağlayıram... İndi sənə cəbhədə gerçəkdən nələr baş verdiyini desəm, saçların biz-biz durar”.

Keçmiş “Vaqner”çi Azamat Uldarov Baxmutda doqquzmərtəbəli binanın zirzəmisində 400-ə qədər dinc ukraynalının qətlini etiraf edib.

Bundan əlavə, muzdlu qadın və uşaqların digər vəhşicəsinə qətlləri, Soledarın təmizlənməsi zamanı kiçik qızın başından vurulan nəzarət atəşindən danışıb.