"VAZ" qarajla birlikdə yanıb

20:56 15.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağda minik avtomobili yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 80 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.