Yazını böyüt
Yazını kiçilt
Tanınmış iş qadını Ruhi Əliyeva uzun fasilədən sonra əkiz oğulları Məhəmməd və Həsənin fotosunu paylaşıb.
Hafta.az xəbər verir ki, o, övladlarını 14-cü doğum günü münasibətilə təbrik edib.
"Bu gün təqvimdə sadəcə bir tarix deyil. Bu gün mənim yenidən doğulduğum gündür. Çünki bu gün mənə dünyanın ən gözəl adını – ANA adını bəxş edən iki mələyimin ad günüdür. Canım oğullarım, siz həyatımın ən saf duası, ən böyük möcüzəsi və Allahın mənə bəxş etdiyi ən qiymətli əmanətisiniz. Mən hər nəfəsimdə sizi yaşayıram, hər duamda adınızı çəkirəm. Arzum nə var-dövlətdir, nə də şöhrət. Mənim tək arzum sizin sağlam, xoşbəxt, vicdanlı, mərhəmətli və gözəl insan olmağınızdır", - deyə R.Əliyeva qeyd edib.
