"Vizasız gediş-gəliş bütün sahələrdə ikitərəfli təmasları artıracaq" - Çin səfiri

10:45 31.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Mayın 28-də qüvvəyə minən vizasız gediş-gəliş rejimi haqqında saziş Çinlə Gürcüstan arasında keçən il formalaşan strateji tərəfdaşlığın nə qədər əhəmiyyətli olduğunu göstərdi”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Çinin Gürcüstandakı səfiri Çou Tsien jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Diplomat qeyd olunan sazişin hər iki tərəfin səyi ilə həyata keçirilməsinə şad olduğunu deyib.

“Saziş həmçinin göstərdi ki, Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmətə əsaslanır. Keçən il Gürcüstanın sabiq baş naziri Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etmək qərarını verdi. Sonra, cavab olaraq nəsə etməli olduğumuzu qərarlaşdırdıq. Bu sazişin hər iki tərəfin səyi ilə həyata keçirilməsinə şadam”, - deyə səfir Tsien bildirib.

Bununla yanaşı, diplomatın qeyd etdiyi kimi, vizasız gediş-gəliş rejimi nəticəsində Gürcüstanla Çin arasında müxtəlif istiqamətlərdə əlaqələr artacaq, həm də bu, iş insanları üçün daha geniş imkanlar yaradacaq.

“Keçən illə müqayisədə bu il birinci mövsümdə Gürcüstana gələn çinli turistlərin sayı 290 faiz artıb. İnanıram ki, yeni vizasız gediş-gəliş rejimi ilə nəinki turistlərin sayı, həm də elm, texnologiya, akademik dairələr və mədəni istiqamətdə ikitərəfli təmaslar çox sürətlə artacaq. Fikrimcə, Gürcüstan üçün Çinin dünyanın ən böyük bazarı olması çox vacibdir. Fikrimcə, vizasız gediş-gəliş rejimi iş insanlarına və bütün insanlara Çin bazarını kəşf etməklə daha çox imkanlar yaradacaq və daha məhsuldar nəticələr əldə edəcəklər”, - deyə səfir bildirib.

Qeyd edək ki, Gürcüstan tərəfindən 2023-cü ilin sentyabrın 11-dən Çin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edilir.

Çin tərəfindən Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi isə bu il fevralın 26-dan tətbiq olunur. Mayın 28-dən Gürcüstan vətəndaşları üçün Çinə vizasız gediş-gəliş rejimi qüvvəyə minib.

“İnanıram ki, “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində əməkdaşlığımız üçün Anaklia layihəsi dönüş anı olacaq”.

Bu haqda da Çinin Gürcüstandakı səfiri Çou Tsien bildirib.

Səfir, bunun Çinlə Gürcüstan arasında ilk mühüm birgə layihə olmadığını deyib.

“China Communications Construction Company Limited” “Fortune 500″ün siyahısına daxil olan şirkətlər arasındadır. O, dünyada ən məşhur və ən güclü tikinti şirkətlərindən biridir. Bu, qrupa qarşı heç bir sanksiya olmadığını görə bilərsiniz. Tayvan və ABŞ tərəfindən maliyyələşən dırnaqarası analitik mərkəzlərin Çin şirkəti haqqında yayılan dezinformasiyasına baxsanız, niyə belə yalanların yayıldığını görərsiniz. Bir neçə il əvvəl Anaklia limanı ilə bağlı ilk tenderi və o zaman nə baş verdiyini yada salsanız, yenidən niyə belə dezinformasiyanın yayıldığını başa düşəcəksiniz”, - Çin səfiri bildirib.

Bununla yanaşı, o deyib ki, “Çin müsbət nəticə gözləyir və inanır ki, bu mühüm layihə təkcə birgə təşəbbüs olmayacaq, həm də “Bir kəmər, bir yol” proqramı və Orta Dəhliz üçün Gürcüstanla Çin arasında sinerjinin vacibliyini göstərəcək”.

“Bu, həm də strateji tərəfdaşlığın bir-birini dəstəkləmək üçün nə qədər vacib olduğunu göstərir. Bu, Çinlə Gürcüstan arasında ilk mühüm birgə layihə deyil, amma inanıram ki, bu, “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində əməkdaşlığımız üçün dönüş anı olacaq”, - səfir qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər